Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM - FOTO

Keçmiş futbolçu İsgəndər Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Sep 19, 2026 - 15:25
Sep 19, 2026 - 16:11
Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.

Fotoda: İsgəndər Cavadov