Almaniya Gürcüstanda layihələrin maliyyələşdirilməsini dayandırdı 

Almaniya ölkədəki vəziyyətlə əlaqədar Gürcüstan üçün 237 milyon avroluq layihələri dayandırıb.

Dec 24, 2024 - 13:28
Almaniya Gürcüstanda layihələrin maliyyələşdirilməsini dayandırdı 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Tiflisdəki səfiri Peter Fişer “X” platformasında yazıb.

Alman səfiri qeyd edib ki, ölkəsi bu addımı təəssüf hissi ilə atmalı olub. Onun sözlərinə görə, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, eləcə də nazir Svenya Şultse Gürcüstanın Avropa İttifaqı yolundan çıxmasına və etirazların dağıdılmasına belə reaksiya verib.

“Biz “yaşıl” hidrogen, enerji infrastrukturu, eləcə də Batumidə su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyətinə və qanunun aliliyinə dəstək davam edir”, - deyə səfir vurğulayıb.

Xatırladaq ki, ötən həftə ATƏT-in 30-dan çox üzv ölkəsi Gürcüstan hakimiyyəti tərəfindən Avropayönlü etirazların sərt şəkildə yatırılmasını pisləyib. 

Dekabrın 19-da isə Böyük Britaniya və ABŞ hökumətləri Gürcüstanın daxili işlər naziri və təhlükəsizlik qüvvələrinin digər nümayəndələrinə qarşı sanksiyalar elan ediblər.

Xatirə SADİQ