Trampın Qrenlandiya məsələsində niyə israr etdiyi bilindi - Müşaviri sirri açdı
Donald Tramp administrasiyasında milli təhlükəsizlik üzrə müşavir olacaq konqresmen Mayk Uolts seçilmiş prezident üçün Qrenlandiyaya nəzarətin ələ keçirilməsinin niyə vacib olduğunu izah edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Amerikalı konqresmenin sözlərinə görə, Birləşmiş Ştatların milli təhlükəsizliyi baxımından Qrenlandiya vacibdir.
“Sizin Arktikanın kralı olmağa çalışan, 60-dan çox buzqıran gəmisi (bəziləri atom buzqıran gəmiləridir) Rusiyanız var. Bizdə onlardan ikisi var, biri isə təzəlikcə yanıb”, - deyə Trampın gələcək müşaviri deyib.
Bundan başqa, müşavir əlavə edib ki, söhbət həm də faydalı qazınrılardan və təbii ehtiyatlardan gedir.
“İndi qütb buzlaqları əridiyi üçün çinlilər buzqıranlardan istifadə edir və oraya doğru irəliləyirlər. Odur ki, bu, neft və qazdır. Bu, bizim milli təhlükəsizliyimizdir”, - deyə Uolts nəzərə çatdırıb.
Xatirə SADİQ