“Tramp Kremlə güzəştə getməyəcək, sülh üçün 100 gün lazımdır” – Kit Kelloq
“ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kremlə güzəştə getmək niyyətində deyil, əksinə, Ukraynanı qorumağa çalışır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümatəndə vəzifəsinə namizədliyi irəli sürülmüş Kit Kelloq bildirib.
Trampın 7 yanvar tarixli mətbuat konfransını şərh edən Kelloq deyib ki, həqiqətən də Ukraynanı və onun suverenliyini xilas etməyə çalışır: “O, bunun ədalətli və düzgün olduğuna əmin olmağa hazırlaşır və o, bunu dəfələrlə deyib”.
Kelloq onu da nəzərə çatdırıb ki, Trampın adından danışmaq istəmir, çünki seçilmiş prezident öz mövqeyini müstəqil şəkildə ifadə edir.
O, qeyd edib ki, Tramp inauqurasiyadan sonra rəsmi olaraq vəzifəyə başlayan kimi onun komandasının imkanları genişlənəcək.
Kelloqun fikrincə, Tramp yaxın perspektivdə müharibəyə son qoymaq üçün məqbul həll təklif etməyi bacarır. Xüsusi nümayəndə hesab edir ki, müddət 100 gün müəyyən edilə bilər.
Kelloq jurnalistlərlə söhbətində təsdiqləyib ki, Baydenin böyük səhvini onun Rusiya prezidenti Vladimir Putinlə dialoqdan imtina etməsi hesab edir.
Qeyd edək ki, seçkilərdən sonra keçirdiyi ikinci mətbuat konfransında Tramp xüsusilə ABŞ-nin hazırkı prezidenti Co Baydeni Ukrayna ilə bağlı siyasətinə görə tənqid edib. Onun sözlərinə görə, Baydenin dövründə Ağ Ev Kiyevin NATO-ya mümkün daxil olması ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib. Trampın fikrincə, Bayden administrasiyası Rusiyanı Ukraynaya hücuma təhrik edə bilərdi, çünki Kreml Vaşinqtonun səriştəsizliyini görüb.
Xatirə SADİQ