“Kiprdə iki dövlət yaradılmalıdır” – Hakan Fidan

“Türkiyə israr edir ki, Kiprdəki vəziyyətin sülh yolu ilə həlli yalnız iki dövlətin yaradılması ilə mümkündür”.

Jan 9, 2025 - 15:57
“Kiprdə iki dövlət yaradılmalıdır” – Hakan Fidan

SAVASHMEDİA.az “Associated Press”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib. 

Nazirin sözlərinə görə, Kipr iki dövlətli həll yolu ilə getməyə davam etməlidir. Onun fikrincə, Kiprin yarım əsrlik bölünməsinə son qoymaq üçün digər razılaşmalara səy sərf etmək vaxt itkisi olar.

“Associated Press” qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatı BMT-nin Kipr probleminin həlli üçün rəsmi danışıqların bərpası ümidi ilə yazın əvvəlində görüş təşkil etmək planları fonunda səslənib.

BMT-nin sülh razılaşmasına nail olmaq üçün sonuncu böyük cəhdi 2017-ci ildə uğursuzluğa düçar oldu. O vaxtdan etibarən Ankara iki dövlətin yaradılması uğrunda çıxış edir. 

Xatirə SADİQ