Kremldən Ermənistanın Aİ-yə üzvlük qərarına reaksiya

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük haqqında qanun layihəsini təsdiqləməsinə münasibət bildirib.

Jan 9, 2025 - 15:54
Kremldən Ermənistanın Aİ-yə üzvlük qərarına reaksiya

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu zaman Dmitri Peskov Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olduğunu xatırladıb. 

Onun sözlərinə görə, Aİİ-nin üzvü olması Ermənistana və onun əhalisinə çox müsbət dividendlər verir.

“Aİ üzvlüyünün nə demək olduğunu indidən söyləmək çətindir. Çünki, əlbəttə, hipotetik olaraq desək, iki fərqli təşkilatın üzvü olmaq, sadəcə, mümkün deyil. Burada bir gömrük məkanı, malların, xidmətlərin, insanların, kapitalın sərbəst hərəkəti zonası var, orada isə başqa normalar var. Avropa İttifaqının mövqeyini başa düşmək, artıq özünü doğrultmuş iş mexanizmlərindən, inteqrasiya formatlarından çıxış etmək lazımdır”, - deyə Peskov əlavə edib.

Kremlin sözçüsü buna nümunə kimi Türkiyə ilə vəziyyəti xatırladıb. Onun sözlərinə görə, Türkiyə uzun onilliklər ərzində Aİ-yə üzvlüyü ilə bağlı oriyentasiyasını qoruyub saxlasa da, o qədər də qarşılıqlı münasibətlə qarşılaşmayıb.
 
Xatirə SADİQ