Paşinyan Vladimir Putini təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Oct 7, 2026 - 17:17
Paşinyan Vladimir Putini təbrik etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.

Məlumata görə, Paşinyan Putinlə telefon danışığı zamanı onu doğum günü münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.

Tərəflər ikitərəfli gündəmlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Müzakirə olunan konkret məsələlər açıqlanmayıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür. V. Putinin 74 yaşı tamam olur.

Banu