Süni intellekt ibadət edə bilərmi? - Şeyxülislamdan AÇIQLAMA

Süni intellekt insan həyatının müxtəlif sahələrinə daxil olsa da, ibadətdə insanı əvəz edə bilməz.

Oct 7, 2026 - 18:32
Süni intellekt ibadət edə bilərmi? - Şeyxülislamdan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektin insan həyatına geniş şəkildə daxil olması yeni imkanlarla yanaşı, müəyyən problemlər də yaradır:

“Bu mövzuda ən mühüm məsələ mənəvi-etik hədlərin gözlənilməsidir. Eləcə də yaranma ehtimalı yüksək olan fəsadların önlənməsidir. Xüsusilə süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir”.

Şeyxülislam dini sahədə süni intellektdən istifadənin etik kodeksinin hazırlanmasını da yüksək qiymətləndirib.

A.Paşazadə iqlim dəyişikliyi ilə mübarizədə dinlərin roluna da toxunub. O qeyd edib ki, Bakıda keçirilən COP29 zamanı dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələ ilə bağlı mövqe ifadə olunub.