Xəzərdə YENİ ADA yarandı
Xəzər dənizində suyun səviyyəsinin azalması yeni quru sahələrinin üzə çıxmasına səbəb olur.
SAVASHMEDİA.az xəbər verir ki, Xəzərin şimal hissəsində, Qazaxıstanın Kulalı adası yaxınlığında yeni ada aşkarlanıb.
Məlumata görə, ərazi hava müşahidəsi zamanı kəşf edilib. Mütəxəssislər bunun Xəzərin su səviyyəsinin azalması nəticəsində meydana gəldiyini bildirirlər.
Son 4-5 ildə bölgədə bir neçə belə ada və quru sahəsi qeydə alınıb.
Aytən