PKK Öcalanın çağırışı ilə bütün qüvvələrini Türkiyədən geri çəkdi

PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib.

Oct 26, 2025 - 12:14
PKK Öcalanın çağırışı ilə bütün qüvvələrini Türkiyədən geri çəkdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə PKK bu gün açıqlama yayıb.

Bildirib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı və təşkilatın 12-ci Konqresində qəbul edilən qərarlar əsasında atılıb.

Məlumata görə, Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silah qoyma prosesinin yeni mərhələsinə keçdiyini açıqlayıb.

Bir gün əvvəl PKK-ya yaxın media orqanları “təşkilatın Öcalanın çağırışı və əvvəlki konqres qərarları əsasında yeni addım atacağı” barədə xəbər yaymışdılar. Bu xəbərlərdə bugünkü açıqlamanın veriləcəyi öncədən bildirilmişdi.