Elşad Xosenin ölüm xəbəri yayıldı  

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.

Aug 1, 2026 - 15:54
Elşad Xosenin ölüm xəbəri yayıldı  

SAVASHMEDİA.az xəbər verir ki, məsələ ilə bağlı danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

“Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək” - Dado qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

axşam.az