"İran mənə tabe olmağa hazırdır" - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla bağlı iddialı açıqlaması ilə gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp İranın hazırda ABŞ qarşısında geri çəkilməyə məcbur olduğunu bildirərək, “İran bütün məsələlərdə mənə tabe olmağa hazırdır” sözlərini işlədib.
ABŞ liderinin fikrincə, Tehran son dərəcə çətin vəziyyətdədir və istənilən güzəştə getməyə hazırdır. O, həmçinin İranın onilliklər ərzində ilk dəfə ABŞ-yə və onun prezidentinə böyük hörmət göstərdiyini iddia edib.
Tramp bu açıqlamaları Senatın İrana qarşı hərbi əməliyyatlarla bağlı qətnaməsini tənqid edərkən səsləndirib. O bildirib ki, belə bir addım ABŞ-nin rəqiblərinə yanlış siqnal verir və Vaşinqtonun mövqeyini zəiflədir.
Prezident əlavə edib ki, qətnaməni dəstəkləyən bir neçə respublikaçı senator onun işini çətinləşdirsə də, başladığı işi sona çatdırmaqda qərarlıdır.
Oğuz