“Ayıbdır, Allah haqqı ayıbdır, ölkəni dünyada biabır edirsiniz” - Natiq Cəfərli

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə uzadılmasına etiraz edib.

Jun 24, 2026 - 14:06
“Ayıbdır, Allah haqqı ayıbdır, ölkəni dünyada biabır edirsiniz” - Natiq Cəfərli

SAVASHMEDİA.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının və mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkədə xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

Qərarın açıqlanmasından sonra sosial şəbəkə hesabında paylaşım edən Natiq Cəfərli bu addımı tənqid edərək karantin rejiminin illərlə davam etdirilməsinin ölkənin beynəlxalq imicinə zərər vurduğunu bildirib.

“Ayıbdır, Allah haqqı ayıbdır, ölkəni dünyada biabır edirsiniz”, - ReAL Partiyasının sədri qeyd edib.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti son illərdə dəfələrlə uzadılıb.

Səlcuq