Azərbaycanlı futbolçu Lionel Messiyə qarşı - Bu gecə ilk yaşanacaq

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" bu gecə MLS-in növbəti turunda Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ilə qarşılaşacaq.

Aug 1, 2026 - 15:16
Azərbaycanlı futbolçu Lionel Messiyə qarşı - Bu gecə ilk yaşanacaq

SAVASHMEDIA.az xəbər verir ki, görüş Bakı vaxtı ilə avqustun 2-də saat 03:30-da başlayacaq.

Messi Dünya Çempionatından sonra komandaya qayıdıb və adı oyunun iştirak ərizəsinə daxil edilib. 

Messi meydana çıxacağı halda, azərbaycanlı futbolsevərlər Lionel Messi ilə Nəriman Axundzadənin ilk dəfə üz-üzə gəlməsinin şahidi olacaqlar.

Aytən