Litva bu şəxslərin orduda xidmət etməsinə qadağa qoyacaq

Rusiya, Belarus və Çin kimi ölkələrin ikili vətəndaşlığına malik olan litvalılar ölkənin Silahlı Qüvvələrində xidmət edə bilməyəcəklər. 

Nov 4, 2024 - 13:43
Litva bu şəxslərin orduda xidmət etməsinə qadağa qoyacaq

SAVASHMEDİA.az “BNS”ə istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentinin Milli Təhlükəsizlik və Müdafiə üzrə Komitəsi qanun layihəsi hazırlayıb. 

Litvanın müdafiə naziri Laurinas Kasçyunas deyib ki, belə şəxslər hərbi xidmətə qəbul edilməməlidir. “Xidmət zamanı Rusiya, Belarus və ya Çin vətəndaşlığı almış şəxslər ordudan xaric edilməlidir”, - deyə müdafiə naziri vurğulayıb.

Qanun layihəsində bu üç ölkə Litvanın milli təhlükəsizliyini təhdid edən dövlətlər, onların vətəndaşlığı isə hərbi qulluqçular üçün risk faktoru kimi müəyyən edilib. 

Xatirə SADİQ