Lukaşenkonun oğlu yüksək vəzifəyə seçildi
Belarus prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko yenidən ölkənin Milli Olimipiya Komitəsinin (MOK) prezidenti seçilib.
SAVASHMEDİA.az bu barədə Belarus MOK-un saytına istinadən xəbər verir.
49 yaşlı Lukaşenkonun namizədliyini 82 MOK üzvü dəstəkləyib, ikisi əleyhinə səs verib, üçü isə bitərəf qalıb.
500 m məsafəyə kanoedə avarçəkmə üzrə 1992-ci ilin Olimpiya çempionu Dmitri Dovqalenok Belarus MOK-un vitse-prezidenti seçilib.
Qeyd edək ki, Viktor Lukaşenko 2021-ci ilin fevralında atasını əvəz edərək MOK-un rəhbəri vəzifəsinə keçib. O, Belarus MOK-un tarixində üçüncü prezidentdir. Oğul Lukaşenkoya qədər Belarus MOK-a Vladimir Rıjenkov və Aleksandr Lukaşenko rəhbərlik ediblər.
Xatirə SADİQ