Britaniya yeni lazer silahını sınaqdan keçirdi – dronu havada məhv edir

Britaniya ordusu pilotsuz uçuş təyyarəsini havada məhv edə bilən yeni lazer silahını uğurla sınaqdan keçirib.

Dec 11, 2024 - 16:33
Britaniya yeni lazer silahını sınaqdan keçirdi – dronu havada məhv edir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Uelsin mərkəzində yerləşən “Rednor” poliqonunda keçirilmiş sınaq zamanı lazer silahı “Wolfhound” zirehli transportyorunda quraşdırılıb. 16-cı Kral artilleriya alayının əsgərləri buradan pilotsuz təyyarəni havada izləyə və vura biliblər. 

“Bu novator texnologiya Böyük Britaniyanın hərbi innovasiyaların önündə qalmağa can atdığını nümayiş etdirir”, - deyə dövlət naziri Mariya İql bildirib. 

Onun sözlərinə görə, bu sistemin uğurla sınaqdan keçirilməsi ölkənin müdafiə qabiliyyətinin inkişafında mühüm irəliləyişdir. Nazir vurğulayıb ki, bu, həm də britaniyalı mühəndislərin üstünlüyünü nümayiş etdirir.

Müdafiə Nazirliyi onu da qeyd edib ki, sursatların sayı baxımından lazer silahları praktiki olaraq heç bir məhdudiyyətə malik deyil və bəzi silah növlərinə səmərəli alternativ ola bilər.

Lazer ABŞ Müdafiə Nazirliyinin müdafiə avadanlıqları və dəstək departamenti, “Hersa” hərbi elm və texnologiya laboratoriyası, eləcə də Britaniyanın “Raytheon” şirkəti başda olmaqla sənaye konsorsiumu tərəfindən birgə hazırlanıb.

Xatirə SADİQ