Orban Putinlə bir saat danışıb – “təhlükəli həftələrdən söz açdıq”
Macarıstanın baş naziri Viktor Orban dekabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə telefonda bir saat danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Viktor Orban “X” platformasında yazıb.
Macarıstanın baş naziri Rusiya-Ukrayna müharibəsinin təhlükəli həftələrindən söz açıb.
“Biz atəşkəs və sülh danışıqlarının lehinə bütün mümkün diplomatik addımları atırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan bu həftə Ukrayna ilə bağlı sülhməramlı missiyasını davam etdirəcək.
Bu, Orbanın Floridada ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşünün ertəsi günü baş verib.
Xatirə SADİQ