İslamabada uçan Vens hava limanından HƏDƏLƏDİ - "İranlılar bizlə oyun oynasalar..."
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İran nümayəndələri ilə Pakistan paytaxtında keçiriləcək danışıqlardan əvvəl açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, danışıqların müsbət keçəcəyinə inandığını ifadə edən Vens qarşı tərəfə sərt mesajlar göndərməyi də unutmayıb.
İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərlə söhbətləşən Vens danışıqları səbirsizliklə gözlədiyini deyib.
"İran danışıqlara xoş niyyətlə başlasa, bunun qarşılığını görəcək. Belədə ABŞ buna mütləq müsbət reaksiya göstərəcək. İranlılar danışıqları vicdanla aparmağa və açıq əl uzatmağa hazırdırsa, bu, başqa məsələdir. Amma bizimlə oyun oynamağa çalışsalar, bunun cavabını alacaqlar. O zaman qarşılarında güzəştə getmək istəməyən inadkar bir komandanı görəcəklər. Prezident Donald Tramp bizə çox aydın göstəriş və təlimatlar verib, ona uyğun davranacağıq. Görək necə olacaq”, - Vitse-prezident əlavə edib.
Səlcuq