Naxçıvan Ombudsmanı ləğv edildi

Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.

Apr 10, 2026 - 19:01
Naxçıvan Ombudsmanı ləğv edildi

SAVASHMEDİA.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

Buna görədə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Qanun səsə qoyularaq qəbul edilib.