Məşhur aktrisa ölüm ayağındadır - “Müalicə də kömək etmir...” + FOTO

Türkiyənin məşhur aktrisası və müğənnisi Harika Avcı təcili xəstəxanaya yerləşdirilib.

Jul 24, 2025 - 20:36
Jul 24, 2025 - 20:37
Məşhur aktrisa ölüm ayağındadır - “Müalicə də kömək etmir...” +  FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bunu müğənni Onur Akay açıqlayıb.

“Harika Avcı lazımı qədər qida qəbul etməmə səbəbilə gecə 02:50-də təcili xəstəxanaya yerləşdirilib. Stress, maddi çətinlik, keçirdiyi psixoloji durumlar, sirroz... Buna baxmayaraq güclü ruha sahib idi. İndi ona köçürülən sistemlər belə fayda vermir. Allah köməyi olsun...”

Xatırladaq ki, Harika Avcı bir müddət əvvəl Onur Akaya “az qalıb, ölüm xəbərimi eşidəcəksiniz. Mənim üçün hər şey bitib. Qaraciyərim məhv olub. Həkimə də getmirəm. Ölmək istəyirəm. Ölüm səbəbim sirrozdur. Bundan əvvəl də qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Özüm üçün heç nə istəmirəm. Mən öləndən sonra yaşasa, itimə sahib çıxın” deyib.

Qeyd edək ki, Harika Avcı “İyi Aile Çocuğu”, “Acı Dünya”,  “Ateş Dağlı”, “Ölümün El Yazısı” kimi filmlərdə baş rolları ifa edib.

Banu

Fotolarda: Harika Avcı