Tarkandan AKP hökumətinə SƏRT ETİRAZ - "3 qəpiyə görə..."  + FOTO

Türkiyənin dünyaca məşhur müğənnisi, meqastar Tarkan AKP hökumətinə etiraz edib.

Jul 24, 2025 - 21:26
Tarkandan AKP hökumətinə SƏRT ETİRAZ - "3 qəpiyə görə..."  + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb ölkədəki zeytun bağlarının mədən fəaliyyəti üçün istifadə olunması haqqında qanunun qəbul olunmasıdır.

Məşhur müğənni zeytun bağlarında çəkdirdiyi şəklini sosial mediada paylaşaraq “3 qəpiyə görə fəda edildin” yazıb.  

Tarkan

Qeyd edək ki, 19 iyulda xalqın “Zeytunluq qanunu” adlandırdığı qanuna zeytun bağlarında elektrik enerjisi istehsalı məqsədilə mədən fəaliyyətinə icazə verilməsi ilə bağlı dəyişiklik Türkiyə Böyük Millət Məclisində qəbul edilib. Qanunda dəyişiklik edilməsi barədə layihənin lehinə 225 deputat, əleyhinə isə 199 deputat səs verib. Xalq, müxalifət və ekoloqlar bu qanun dəyişikliyini ekoloji terror adlandırıb.

Yeni qanun zeytun ağaclarının köçürülməsini və ya bənzər zeytun bağlarının salına biləcəyini əsas gətirsə də, ekspertlər bu prosesin ekosistemi məhv edəcəyi və ağacların məhsuldarlığının itirilməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Banu