Amerika və rus diplomatları İstanbulda görüşəcək
Rusiya və Amerika Birləşmiş Ştatları diplomatlarının görüşü fevralın 27-də İstanbulda keçiriləcək.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə səfirliklərinin işinə maneələrin aradan qaldırılması müzakirə olunacaq.
“Biz yüksək səviyyəli diplomatlarımızın, ekspertlərimizin Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədilə əvvəlki administrasiyanın qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemlərin görüşüb araşdırılacağını bəyan etmişdik. Biz də, təbii ki, buna qarşılıq vermişdik və Amerika səfirliyinin Moskvadakı fəaliyyəti üçün də rahat olmayan şərait yaratmışıq. Belə görüş sabah İstanbulda baş tutacaq", - deyə Lavrov vurğulayıb.
Xatirə SADİQ