"Sanki öz torpaqları uğrunda vuruşurdular" - Şoyqu koreyalılara təşəkkür etdi

"KXDR hərbçiləri Kursk bölgəsi uğrunda sanki öz torpaqları kimi döyüşürdülər". 

May 29, 2025 - 19:51
"Sanki öz torpaqları uğrunda vuruşurdular" - Şoyqu koreyalılara təşəkkür etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Onlar torpaqlarımızın azadlığı üçün elə səylə döyüşürdülər ki, sanki öz torpaqlarıdır”, - o vurğulayıb.

Şoyqu KXDR-dən olan həmkarlarına Kursk vilayətinin azad edilməsində göstərdikləri köməyə görə bir daha təşəkkür edib.

Aprelin 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin ərazisinin Ukrayna Silahlı Qüvvələrindən tam azad edilməsi ilə bağlı məruzəsi zamanı regionun azad edilməsində KXDR-dən hərbi qulluqçuların rolunu qeyd edib. Putin də öz növbəsində KXDR əsgərlərinin peşəkarlığına, cəsarətinə və qəhrəmanlığına diqqət çəkərək onlara təşəkkür edib.

Oğuz