Netanyahu ABŞ-nin təklif etdiyi atəşkəsi qəbul etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin təklif etdiyi atəşkəsi qəbul edib.

May 29, 2025 - 19:59
Netanyahu ABŞ-nin təklif etdiyi atəşkəsi qəbul etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff HƏMAS ilə Təl-Əviv arasında məhbus mübadiləsi və Qəzza zolağında müvəqqəti atəşkəslə təklif irəli sürüb və hökumətin cavabı müsbət olub.

Baş nazir Benyamin Netanyahu israilli məhbusların ailələri ilə görüşdə onlara bu barədə məlumat verib və təklifi qəbul edəcəklərini bildirib.

HƏMAS isə yaydığı açıqlamada atəşkəs təklifinin Uitkoff vasitəsilə çatdırıldığını və HƏMAS rəhbərliyi tərəfindən müzakirə edildiyini bildirib.

Banu