“Heç kim bizdən bunu soruşmayıb” – Lavrov
“Moskva Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi üçün heç bir variant nəzərdən keçirmir”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu barədə Rusiyadan heç kim soruşmayıb, Qərb nümayəndələrinin bu məsələ ilə bağlı bəyanatları isə münaqişəni qızışdırmağa yönəlib.
“Biz heç bir variantı nəzərdən keçirə bilmərik. Makronun [Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi haqqında] nə dediyini bilmirəm, o, Vaşinqtonda öz rolunu çox inandırıcı oynamadı. Lakin Tramp mətbuat konfransında bu mövzu qaldırılanda, oxuduğum kimi, sülhməramlı qüvvələrin yerləşdirilməsi qərarının yalnız iki tərəfin razılığı ilə, görünür bizi və Ukraynanı nəzərdə tuturdu, mümkün olduğunu söylədi. Heç kim bu barədə bizə sual vermir”, - deyə nazir vurğulayıb.
Lavrov onu da vurğulayıb ki, Rusiya Konstitusiyasının müddəalarına görə, təmas xətti boyunca Ukraynada münaqişənin dondurulması mümkün deyil
O, əlavə edib ki, Ukraynada “rus dilində danışmağı daha rahat hesab edən” və “əcdadlarının ənənələrini qorumaq istəyən” insanlar var.
Xatirə SADİQ