Çilidə fövqəladə vəziyyət elan edildi
Çilidə kütləvi elektrik kəsilməsi baş verdiyindən paytaxt Santyaqo qaranlığa qərq olub və iri mis mədənləri bağlanıb.
SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbəbr verir.
Məlumata görə, elektrik kəsildikdən bir neçə saat sonra Çili hökuməti fövqəladə vəziyyət elan edib və səhər saat 10-dan səhər saat 6-ya qədər komendant saatı tətbiq olunub.
Daxili işlər naziri Karolin Toa bildirib ki, elektrikin verilməsində yaranmış irimiqyaslı fasilə ölkənin şimalında elektrik xəttinin sıradan çıxması nəticəsində baş verib.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, asayişi qorumaq üçün bütün ölkə ərazisində hərbi hissələr yerləşdirilir.
Çili prezidenti Qabriel Boric bildirib ki, elektrik kəsilməsi 8 milyon ev təsərrüfatına təsir edib, lakin sonradan onların təxminən yarısına elektrik enerjisi bərpa olunub.
“Reuters” qeyd edib ki, bu, Çilidə son illərin ən böyük elektrik kəsilməsidir.
Xatirə SADİQ