Əsədin ordusu korrupsiya içində boğulurmuş – “Reuters”

Suriya ordusunun ciddi şəkildə ruhdan düşməsi, korrupsiya və kadr çatışmazlığından əziyyət çəkməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin devrilməsinə gətirib çıxardı.

Dec 13, 2024 - 17:39
Əsədin ordusu korrupsiya içində boğulurmuş – “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Suriya hərbçiləri “Reuters” agentliyinə bildiriblər. 
 
Agentliklə söhbətində 23 yaşlı hərbçi Fərhan əl-Huli maaşların aşağı olmasından və kəskin insan çatışmazlığından şikayətlənib. 

Onun sözlərinə görə, həmkarları ilə birlikdə saxladığı forpost 9 nəfər əzəvinə cəmi 3 nəfər tərəfindən qorunurmuş. Qalan altı nəfər xidmət etməmək üçün komandanlığa rüşvət veribmiş. 

Əl-Huli əlavə edib ki, onunla qalan iki həmkarından biri əqli cəhətdən qüsurlu idi və əslində orduya yararsızdı.

Xatirə SADİQ