Bəşər Əsədlə Əsmanı tanış edən böyük bacı - Buşra gecə ilə Suriyadan niyə qaçmışdı? 

Suriyanın devrilmiş və Rusiyaya sığınmış keçmiş prezidenti Bəşər Əsədin şəxsi həyatı ilə bağlı yeni detalları təqdim edirik.

Dec 13, 2024 - 18:55
Dec 14, 2024 - 16:30
Bəşər Əsədlə Əsmanı tanış edən böyük bacı - Buşra gecə ilə Suriyadan niyə qaçmışdı? 

SAVASHMEDİA.az internet resursları üzərindən apardığı araşdırmanın nəticəsi olan məqaləni təqdim edir. Beləliklə... 

1970-ci illər. Sağdan sola: Suriya lideri Hafiz Əsəd (Bəşər Əsdin atası), Bəşər, Mahir (Bəşərin qardaşı), Ənisə Mahmuf (Bəşərin anası), Məcid (Bəşərin qardaşı), Büşra (Bəşərin bacısı) və Badil Əsəd (Bəşərin böyük qardaşı).

Bəşər Əsəd Londondan niyə qayıdıb?

Suriyanın lideri Hafiz Əsəddən sonra hakimiyyətə Bəşər yox, ailənin böyük oğlu olan Badil Əsəd gəlməli idi. Bu, heç kimə sirr deyildi və Badil Əsəd atasının varisi kimi Suriyanın dövlət başçısı olmağa hazırlaşırdı. Lakin Badil Əsəd 1994-cü il yanvarın 21-də Dəməşq aeroportuna gedən zaman idarə etdiyi şəxsi avtomobilinin idarəetməsini itirərək qəza törətmiş və 31 yaşında həyatını itirmişdi. Buna görə də Bəşər Əsəd qardaşının yerinə varis təyin olunmuş və Londonda oftalmoloq kimi çalışdığı klinikanı tərk edərək təcili Suriyaya qayıtmışdı.

Hakimiyyətə gəlir

Hafiz Əsəd 2000-ci li iyunun 10-da ürək tutmasından vəfat etdikdən sonra Bəşər Əsədə dərhal general-leytenant rütbəsi verilir. İyulun 17-də ölkə başçısı seçilmək üçün yaş senzinin 40-dan 30-a endirilməsi ilə bağlı keçirilən referendum 34 yaşlı Əsədi ölkənin 16-cı prezidentinə çevirir.

2000-ci ilin dekabrında Əsəd Böyük Britaniyada yaşayan Suriya əsilli xanım Əsma əl-Əsədlə ailə həyatı qurub.

London universitetinin kral kollecini kompüter texnologiyaları və fransız dili ixtisası üzrə bitirən Əsma Əsəd “Doyçe bank” və “J.P.Morgan”da çalışıb.

Bəşər Əsəd 1965, Əsma Əsəd isə 1975-ci il təvəllüdlüdür. Onların 3 övladı – Hafiz və Kərim adlı oğulları, Zeyn adlı qızları var.

Bəşər Əsədlə Əsmanı kim tanış edib? 

Bəşər Əsəd və Esma Əsədin tanışlığı bir qədər xüsusi bir şəraitdə baş verib. Əsma Əsəd Britaniyada doğulub və orada təhsil alıb. Onun Bəşər Əsədlə tanışlığı isə 2000-ci illərin əvvəllərində Bəşər Əsədin böyük bacısı Buşra Əsəd vasitəsilə baş tutub. Məlumata görə, Əsmadan xoşu gələn böyük bacı onu evlərinə dəvət edərək qardaşı Bəşərlə tanış edib. 

Bu tanışlıqdan sonra tərəflər arasında sevgi münasibəti yaranıb və onlar 2000-ci ildə ailə qurublar. Bu evlilik həm Suriyadakı hakim ailənin, həm də Esma Əsədin ailəsinin həyatında mühüm dönüş nöqtəsi olub.

Buşra Əsədin sonrakı taleyi 

Dəməşqdə doğulan Buşra Əsəd Londonda təhsil alıb. Buşra Əsəd İngiltərədə iqtisadiyyat üzrə təhsil alıb və bu sahədə biliklər əldə edib. Buşra Əsəd 2000-ci ildən sonra, qardaşı Bəşər Əsədin prezidentliyi dövründə daha çox diqqət mərkəzində olub. O, xüsusilə Suriyada sosial və mədəni məsələlərlə məşğul olub və müxtəlif layihələrə dəstək verib. O, Suriya xalqına humanitar yardımlar və sosial inkişaf layihələri ilə tanınıb.Amma onun qardaşı ilə gərginləşən münasibətləri Buşranın ictimai-siyasi həyatdan sıxışdırılması ilə nəticələnib.

2011-ci ildə Suriya müharibəsi başladıqdan sonra Buşra Əsədin vəziyyəti dəyişib. Nəticədə, 2012-ci ildə Buşra Bəşər Əsəd hökumətinin siyasətinə qarşı çıxaraq, ölkəni gecə ilə tərk edib. Bu, onların şəxsi və siyasi münasibətlərində bir qırılma nöqtəsi olub. 

Övladlarını da götürüb Suriyadan qaçır

Bəşər Əsədin bacısı uşaqları ilə birlikdə ölkədən qaçıb və Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Onun əri general Asef Şövkət 2011-ci ilin yayında Dəməşqdə törədilmiş partlayışda öldürülmüşdü. Əsədin bacısının qaçması barədə məlumat onun uşaqlarını Dubaydakı məktəblərdən birinə yazdırması nəticəsində, təsadüfən ortaya çıxmışdı.

Qeyri-rəsmi məlumatlarda iddia edilir ki, Buşra qardaşının hərbi cinayətlərinə görə mühakimə olunacağından qorxurmuş. Əsas qorxusu isə özünün və uşaqlarının öldürüləcəyi imiş.


Buşra Əsədin ölkəni tərk etməsindən sonra onun bəzi müxalifət qüvvələri ilə əlaqələr qurduğu iddia edilib. O, müharibə zamanı Suriya ərazisindəki müxalifət qrupları ilə də əlaqələr qurmağa çalışıb. 

Səlcuq