Rumıniya prezidentliyinə keçmiş namizəd həbs olundu
Rumıniyanın rusiyayönümlü siyasətçisi, prezidentliyə keçmiş namizəd Kelin Corcesku saxlanılıb.
SAVASHMEDİA.az bu barədə “Digi24” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, onu polis saxlayıb və Baş prokurorluğa istintaqa aparıb. Onun adına həbs qətimkan tədbiri seçilib.
Kelin Corceskunun həbsi hazırda onun yaxın adamlarının, o cümlədən mühafizəçisi Horatsiu Potranın evlərində axtarışların aparıldığı bir vaxta təsadüf edib.
Axtarışlar konstitusiya quruluşuna qarşı yönəlmiş hərəkətlər, ictimai təhriklər, faşist təşkilatının yaradılması, seçki kampaniyasının maliyyə mənbələri barədə yalan məlumatlar üzrə faktlara əsaslanır.
Xatirə SADİQ