Sabah Bakının bu ərazisində su olmayacaq

Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.

Jan 30, 2025 - 17:14
Jan 30, 2025 - 19:04
Sabah Bakının bu ərazisində su olmayacaq

Bu barədə SAVASHMEDİA.az-a İri Şəhərələrin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lökbatan qəsəbəsi, Nizami 10 ünvanında "Neftçi" MTK-ya məxsus 4 binanı qidalandıran xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 31-i axşam saatlarınadək bu ünvana suyun verilməsində fasilə yaranacaq.