Ukraynalı jurnalist evində həlak oldu
Ukraynanın “Ukrinform" agentliyinin jurnalisti Tatyana Kulik Kiyev vilayətinə PUA-nın gecə hücumu zamanı həlak olub.
SAVASHMEDİA.az bu barədə “Ukrinform”a istinadən xəbər verir.
Rusiyanın hücumu zamanı juenalistin Bucansk rayonundakı evinə düşən dron nəticəsində yanğın baş verib.
Tatyana Kulik “Mağlubedilməz millət” layihəsinin müəllifi və aparıcısı idi. O, “Mərkəzi Kanal”ın, Ukraynanın Ümumdünya Radio Yayım Xidmətinin aparıcısı və “Suspilnı”nın teleaparıcısı vəzifələrində çalışıb.
Dəhşətli hadisə zamanı jurnalistin həyat yoldaşı, Boqomolets adına Milli Tibb Universitetinin 3 saylı cərrahiyyə kafedrasının müdiri professor Pavel İvançev də həlak olub. Alim 200-ə yaxın elmi məqalənin, ixtiralara dair 21 Ukrayna patentinin, dərsliyin və s.-nin həmmüəllifidir.
Xatirə SADİQ
FOTODA ukraynalı jurnalist Tatyana Kulik və əri