Rusiyayönlü rumın namizədin mühafizəçisi seçkidən öncə Moskvada olub

Rumıniya prezidentliyinə rusiyayönlü namizədin mühafizəçisi ötən ilin sentyabrında Moskvaya səfər edib.

Feb 26, 2025 - 16:49
Rusiyayönlü rumın namizədin mühafizəçisi seçkidən öncə Moskvada olub

SAVASHMEDİA.az bu barədə “Digi24” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, ifrat sağçı prezidentliyə namizəd Kalin Gorceskunun mühafizəçisi hesab edilən Horatsiu Potranın sevgilisinin Çeçenistan başçısı Ramzan Kadırova yaxın çeçen hərbçiləri ilə sıx əlaqədə ola biləyi istisna edilmir. 

Rumıniya hüquq-mühafizə orqanları əməkdaşları ötən ilin dekabrında prezidentlik kampaniyası zamanı Potranın başçılıq etdiyi bir qrup silahlı şəxsi saxlayıblar. Onların fikrincə, bu qrup Corceskuya qarşı mümkün etirazları dağıtmalı idilər. Bundan əlavə, qrupda qorxutmaq niyyətində olduqları siyasətçilərin və jurnalistlərin siyahısı olub. 

Xatırladaq ki, Corcesku prezident seçkilərinin ikinci turuna çıxmışdı, lakin məhkəmə Rusiya Federasiyasının müdaxiləsi səbəbindən seçkinin nəticələrini ləğv etdi. 

Corcesku rusiyayönlü narrativlərlə çıxış edərək, Ukrayna əleyhinə bəyanatlar verir. O, bildirir ki, “Ukrayna uydurma dövlətdir” və Kiyev müharibəni Rusiyaya uduzsa, Rumıniya Ukrayna ərazilərinə iddia qaldıra bilər.

Xatirə SADİQ