Makrondan Trampa son söz - “Mənə zəng edin”

“Ukrayna və Rusiya məsələlərində lazım olarsam, mənə zəng edin”. 

Feb 26, 2025 - 15:33
Makrondan Trampa son söz - “Mənə zəng edin”

SAVASHMEDİA.az xəbər verir ki, Fransa prezidenti “X” platformasında yazıb ki, bunu amerikalı həmkarı Donald Trampdan ayrılarkən ona söyləyib.  

Makron avtomobilə minərkən Tramp ona zəng edəcəyini söyləyir və buna görə fransalı həmkarından bi neçə dəfə “Təşəkkürlər, Donald” cavabını alır. 
 
Qeyd edək ki, Makron amerikalı həmkarı ilə görüşün videosunu “X” platformasında yerləşdirib. 

Videoda Trampla Makronun Ağ Evdə və ərazidə gəzişərkən danışıqlarının bəzi hissəsi, mətbuat-konfransındakı nitqlərindən sitatlar əks olunub. 

Trampın “İnanılmaz” (İncredible one), “Çox məşhur şəkildir”, Makronun “Lakin mən düşünürəm ki, səninlə hər şey mümkündür” iltifatı kimi sözlər yer alıb.

Bundan başqa, Trampın vitse-prezident Ceyms Devid Vensə “Mətbuatı içəri burax, zəhmət olmasa” dediyi görünür. 

Xatirə SADİQ