Tramp dövlət katibi ilə elçisini Parisə göndərir - “Politico”

ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiv Uitkoff bu həftə danışıqlar üçün Parisə yola düşür.

Apr 16, 2025 - 13:00
Tramp dövlət katibi ilə elçisini Parisə göndərir - “Politico”

SAVASHMEDİA.az bu barədə “Politico”ya istinadən xəbər verir.

Səfərin hazırlığı ilə tanış olan iki mənbənin sözlərinə görə, Uitkoffun Fransa prezidenti Emmanuel Makronla, Rubionun isə fransalı həmkarı Jan-Noel Barro ilə görüşü planlaşdırılır.

Səfərin gedişində onlar Donald Trampın başlatdığı “tarif müharibəsi” kontekstində Ukrayna, İran və ticarət məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Məlum olduğu kimi, Fransa Böyük Britaniya ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin mümkün variantlarını hazırlayan bir qrup ölkəyə rəhbərlik edir.

Xatirə SADİQ