ABŞ-də mühacirlər üçün yeni proqram elan edildi

ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya təşəbbüsünün – “özünü deportasiya” proqramının başladığını elan edib. 

Apr 16, 2025 - 13:03
ABŞ-də mühacirlər üçün yeni proqram elan edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Amerika prezidenti “Fox Noticias” proqramına müsahibəsində deyib. 

Məlum olub ki, proqram ABŞ-ni könüllü olaraq tərk etməyə razı olan mühacirlərə maliyyə yardımının və təyyarə biletlərinin verilməsini nəzərdə tutur. 

Prezidentin sözlərinə görə, proqramın məqsədi mühacirlərin öz vətənlərinə könüllü qayıtmaları üçün “rahat şərait” yaratmaqdır.

“Biz onlara təqaüd verəcəyik. Onlara bir az pul və təyyarə bileti verəcəyik”, - deyə ABŞ prezidenti əlavə edib. 

Tramp həmçinin qeyd edib ki, proqram çərçivəsində ölkəni tərk edən mühacirlər “özlərini yaxşı aparsalar” və hökumətdən razılıq alarlarsa, gələcəkdə ABŞ-yə qayıda biləcəklər.

“Biz özünü deportasiyanı edirik və bunu insanlar üçün rahat etməyə hazırlaşırıq”, -Tramp vurğulayıb.

Xatirə SADİQ