“Putin, Tramp və Zelenski görüşü uzunmüddətli işin nəticəsi olmalıdır” - Peskov

“Rusiya, ABŞ və Ukraynanın yünsək səviyyəli görüşü uzunmüddətli işlərin və artıq hazırlanmış məqamların nəticəsi olmalıdır”. 

Jun 19, 2025 - 19:37
“Putin, Tramp və Zelenski görüşü uzunmüddətli işin nəticəsi olmalıdır” - Peskov

SAVASHMEDİA.az xəbər verir ki, bunu RBC telekanalına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov nəzərə çatdırıb ki, belə münaqişənin bir gecədə həll olunması qeyri-mümkündür.

“Yeri gəlmişkən, president [Vladimir Putin] dünən Minsk razılaşmalarının necə qəbul edildiyini xatırlatdı. Bu, nizamlanmanın özü deyil, bu, addımbaaddım həll yolu xəritəsidir. O, Minskdəki danışıqların 17 saat fasiləsiz necə davam etdiyini xatırlatdı. Mən o vaxt bu danışıqların şahidi olmuşam. Bu, həqiqətən çox çətin təsəvvür edilən marafon idi. Və prezident əslində dedi: indi bizdən nə istəyirsiniz ki, Tramp və  Zelenski ilə görüşək və əvvəldən hər nüansa həll tapmağa çalışaq. Niyə?”, - deyə Peskov öz dövlət başçısının sözlərini sitat gətirib.

Xatirə SADİQ