Bu milyarder Tramp administrasiyasında işləməyəcək – “The New York Times”
Amerikalı milyarder Vivek Ramasvami Tramp administrasiyasında yeni yaradılmış Dövlət Aparatının Effektivliyi Məsələləri üzrə Nazirliyinin (DOGE) rəhbərliyində təmsil olunmayacaq.
SAVASHMEDİA.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Evdən təsdiqlənib.
Ağ Evin sözçüsü Anna Kelli deyib ki, bu, milyarderin Ohayo ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi planlaşdırması ilə əlaqədardır.
“Vivek Ramasvami DOGE-nin yaradılmasında mühüm rol oynayıb. Biz onun son iki ayda verdiyi töhfələrinə görə sonsuz minnətdarıq. Onun Amerikanın yenidən qüdrətli edilməsində mühüm rol oynayacağını gözləyirik”, - deyə Kelli əlavə edib.
Nəşr yazır ki, Ramasvaminin mövqeyi son bir neçə həftə ərzində Trampın ətrafında kövrək idi, çünki milyarder ABŞ-nin 47-ci prezidentini, onun bir neçə köməkçisini, ən əsası isə İlon Maskı qıcıqlandırırdı. Maskın şəxsi söhbətlərində Ramasvamini sərt tənqid etdiyi iddia edilir.
Xatirə SADİQ