Tramp ölkəsini bu sazişdən də çıxardı

Donald Tramp prezidentliyinin ilk saatlarında ABŞ-nin Paris iqlim sazişindən çıxması haqqında sərəncam imzalayıb. 

Jan 21, 2025 - 09:57
Tramp ölkəsini bu sazişdən də çıxardı

SAVASHMEDİA.az bu barədə “Axios” və “BBC”yə istinadən xəbər verir.

Prosedura görə, ABŞ rəsmi olaraq geri çəkilmək üçün bir il gözləməli olacaq.

Qeyd edək ki, bu, Tramp administrasiyasının ölkəsinin Paris sazişindən çıxarılması istiqamətində ikinci cəhdidir. Onun birinci çəhdi 2017-ci ildə baş tutmuşdu. Lakin 2021-ci ildə prezidentliyinin ilk günündə Co Bayden tərəfindən həmin sərəncam ləğv edilmişdi.
 
Beləliklə, ABŞ bu sazişdən kənarda qalan azsaylı ölkələrdən biri kimi İran, Yəmən və Liviyanın sıralarına qoşulacaq.

Xatırladaq ki, Paris iqlim sazişi istixana qazlarının emissiyalarını azaltmaqla qlobal istiləşməni məhdudlaşdırmağa yönəlmiş beynəlxalq paktdır. Bu sənəd 2015-ci ildə iqlim dəyişikliyi riskləri ilə birgə mübarizə aparmaq üçün Parisdə imzalanıb. Onun məqsədi orta qlobal temperaturun artımını sənayedən əvvəlki səviyyədən 2°C-dən, ideal halda isə 1,5°C-dən aşağı saxlamaqdır.

ABŞ qlobal istixana qazı emissiyalarının təxminən 15%-nə cavabdehlik daşıyır. 

Xatirə SADİQ