Kapitoliya hücum edənlər əfv olundular – Trampın əmri

Donald Tramp prezidentliyinin ilk günündə 6 yanvar 2021-ci il tarixində Kapitoliyə hücumla bağlı ittiham olunan 1500 nəfərin, demək olar ki, hamısını əfv edib.

Jan 21, 2025 - 09:53
Kapitoliya hücum edənlər əfv olundular – Trampın əmri

SAVASHMEDİA.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir. 

Nəşr yazıb ki, bununla Tramp dörd illik məhkəmə təqibinin, o cümlədən Ədliyyə Nazirliyi nümayəndələrinin ABŞ tarixində ən böyük təhqiqat adlandırdıqları 1100-dən çox iş üzrə hökmün üzərindən xətt çəkib.

Eyni zamanda Tramp federal hakimlər və prokurorların Amerika demokratiyasına hücum adlandırdıqları hadisələrdə iştirak edən tərəfdarlarını əfv etmək üçün seçkiqabağı kampaniya dğvründə səsləndirdiyi vədi yerinə yetirib.

Praktifi olaraq bütün müttəhimləri əfv etməklə yanaşı, Tramp ondan çox digərinin cəzasını yüngülləşdirdi.

Trampın əmrinə əsasən, Ədliyyə Nazirliyi 6 yanvar hücumu ilə bağlı bütün işləri, o cümlədən müttəhimlərin mühakiməni və ya hökmü gözlədiyi yüzlərlə cinayət prosesini bağlamalıdır. 

Xatirə SADİQ