Estoniyalı nazir Almaniya kanslerini tənqid etdi

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidentinə zəng etməsini sərt tənqid edib.

Nov 18, 2024 - 15:54
Estoniyalı nazir Almaniya kanslerini tənqid etdi

 SAVASHMEDİA.az xəbər verir ki, estoniyalı nazir bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə bildirib.

Tsahkna xatırladıb ki, sabah Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin 1000-ci günü tamam olacaq.

"Amma əslində bu, mininci gün deyil, 2014-cü ildən bəri təxminən 4000 gündür. Dünən biz Rusiyanın Ukraynaya ən güclü hava hücumlarından birinin şahidi olduq. Putin öz hədəflərini dəyişmək fikrində deyil, ona görə də biz Ukraynanı çox qətiyyətli şəkildə dəstəkləməliyik. Telefon zəngləri bizim mövqeyimizi gücləndirmir, bu, aydındır. Zəng etmək və sülhü həqiqətən arzulayacağımızı nümayiş etdirmək çox gözəldir, lakin əgər o, qoşunlarını Ukraynadan çıxararsa, bu sülhü təmin edə biləcək yeganə şəxs Putindir”, - deyə Marqus Tsahkna əlavə edib. 

Nazir nəzərə çatdırıb ki, Aİ ölkələri birləşməli və hərəkətlərini əlaqələndirməlidir: “Bu addım (Şoltsun zəngi – red) koordinasiya olunmamışdı, biz onun haqqında artıq postfaktum brifinq aldıq. Bu isə onu göstərir ki, biz lazım olduğumuz qədər birləşməmişik”.

Qeyd edək ki, Ukraynada Almaniya kanslerinin hərəkətini “Şoltsun 60 dəqiqəlik utancı” adlandırıblar.

Xatirə SADİQ