“Ərdoğanın planı qəbuledilməzdir” – Kremlin sözçüsü
“Hərbi toqquşmalar xətti boyunca dondurma variantı Rusiya tərəfi üçün apriori qəbuledilməzdir”
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəzi məlumatlara görə G20 sammitində səsləndirəcəyi Ukraynada hərbi əməliyyatların dondurulması təklifi Moskva üçün apriori qəbuledilməzdir”.
SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hərbi toqquşmalar xətti boyunca dondurma variantı Rusiya tərəfi üçün apriori qəbuledilməzdir”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, indiki halda prezident Putin tərəfindən formalaşdırılan iyun şərtləri – döyüşləri dayandırmaq üçün nə etmək lazımdır – öz aktuallığını tamamilə saxlayır.
Rusiya və Türkiyə liderlərinin son təmasları zamanı Ərdoğanın Ukraynadakı hərbi əməliyyatları dondurmaq planını müzakirə edilib-edilmədiyi barədə suala o, belə cavab verib: “Xeyr, bu, müzakirə olunmayıb və biz bu məqalələrə diqqət yetirmişik, amma bu mövzuda hər hansı məlumata malik deyilik. Nədən söhbət getdiyini bilmirik”.
Xatirə SADİQ