Məşhur musiqi qrupunun üzvləri öldürüldü – Meşədə... + Foto

İtkin düşmüş məşhur musiqi qrupunun 5 üzvü ölü tapılıb.

May 31, 2025 - 16:02
May 31, 2025 - 16:10
Məşhur musiqi qrupunun üzvləri öldürüldü – Meşədə... + Foto

SAVASHMEDİA.az xəbər verir ki, "Grupo Fugitivo" musiqi qrupunun 5 üzvü Meksikanın Tamaulipas əyalətində 25 maydan bəri itkin düşüblər.

Polisin apardığı araşdırma nəticəsində qrup üzvlərinin cəsədləri meşə ərazisindən tapılıb. Ekspertiza müəyyən edib ki, onlar əvvəlcə şiddətli şəkildə döyülüb, sonra isə yandırılıblar.

Tamaulipas əyalətinin prokuroru İrvinq Barrios verdiyi açıqlamada musiqiçilərin narkotik kartelinin qatilləri tərəfindən öldürüldüyünü ehtimal etdiklərini bildirib.

Məlumata görə, Meksikada narkotik kartellərini tərifləyən musiqi qruplarının cinayətkar dəstələrin hədəfində olması artıq adi bir haldır.

Banu

Fotoda: Grupo Fugitivo