Litva Belarusu hədələdi

Litva yük maşınlarının sərhəddə ilişib qalması səbəbindən Belarusa gedən dəmir yolunu bağlamaqla hədələyib.

Nov 8, 2025 - 18:19
Litva Belarusu hədələdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Litvanın baş nazirinin müşaviri İqnas Dobrovolskas xəbərdarlıq edib.

"Belarus dəmir yolu yüklərinin Litva ərazisindən daşınmasına uzunmüddətli məhdudiyyətlərin qoyulmasını müzakirə edirik", - baş nazirin müşaviri qeyd edib.

Dobrovolskas əlavə edib ki, Vilnüs Belarus tərəfdən yükdaşıma şirkətlərinə dəymiş ziyanı ödəmək niyyətindədir. O, həmçinin yük daşıyan şirkətləri itkiləri barədə məlumat toplamağa çağırıb.

Noyabrın 7-də Litvanın daxili işlər naziri Mindauqas Bajarunas Belarusu Litva yük maşınlarının vətənlərinə daxil olmasına icazə verməməkdə ittiham edib.

Aytən