Rusiya Sudja şəhərinin azad olunduğunu elan etdi
Rusiya qoşunları Kursk vilayətinin cənub-qərbində yerləşən Sudja şəhərini azad edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Melovaya və Podol yaşayış məntəqələri də azad edilib.
Martın 8-də rus qoşunları Kursk vilayətində bir neçə istiqamətdə hücuma keçib. Ukrayna ordusunun mövqelərini yarmaq üçün Rusiya hərbçiləri əvvəllər Avropanı qazla təmin edən magistral qaz kəmərindən istifadə ediblər.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn martın 11-də bildirib ki, “Axın” adlı əməliyyat altı gün davam edib. Rusiya hərbçiləri qaz kəməri ilə 14 km məsafə qət edib, daha sonra Sudjadakı qaz ölçmə məntəqəsində səthə çıxıblar.
Xatırladaq ki, Ukrayna hərbçiləri Kursk vilayətinin ərazisinə 6 avqust 2024-cü ildə daxil olublar.
Xatirə SADİQ