“Qulaq asın, göyləri silkələmək lazım deyil” - Peskov
Moskva Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar mövqeyini dialoqun başlamasından əvvəl açıqlamağı tez hesab edir.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin ərazilərin itirilməsini tanımayacağı ilə bağlı bəyanatına Peskov belə münasibət bildirib: “Qulaq asın, Krım, Sevastopol, Xerson, Zaporojye, Donetsk, Luqansk – Rusiya Federasiyasının vilayətləridir. Onlar Rusiya Federasiyasının Konstitusiyasında yazılıb. Bu mövcuddur. Bütövlükdə, mümkün mövqelərə gəlincə, bu danışıqların başlamasından əvvəl – onlar isə hələ başlamayıb, bunu unutmayaq – göyləri silkələmək və bu barədə açıq danışmaq yəqin ki, düzgün olmazdı”.
Ciddədə Vaşinqtonla danışıqlardan sonra Kiyev Moskvanın da belə addım atacağı təqdirdə 30 günlük atəşkəsə razılığını verib.
Hazırda ABŞ rəsmiləri Rusiyanın cavabını gözləyirlər. Kreml isə ilk olaraq Amerika nümayəndələrindən şəxsən məlumat almaq istədiklərini bildirib.
Xatirə SADİQ