Moskvadakı İES-in damı yandı
Moskvanın şimal-qərbində 16 saylı İstilik Elektrik Stansiyasının (İES) ərazisində yanğın baş verib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbəbr verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlik qeyd edib ki, inzibati binanın dam örtüyü alovlanıb: “Hadisə İES-in işinə təsir göstərmir”, - deyə vurğulanıb.
Hadisə yerində yanğınsöndürənlər işləyir.
112 “telegram” kanalının məlumatına görə, binanın damının izolyasiyası yanır, yanğının sahəsi 100 kvadratmetri əhatə edir.
1,5 milyondan çox insanı istilik və elektrik enerjisi ilə təmin edən bu stansiya 1955-ci ildə istifadəyə verilib və o vaxtdan bəri bir neçə dəfə modernləşdirilib.
Xatirə SADİQ