Gəncədə qaz balonu partladı, yaralılar var

Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.

Mar 21, 2025 - 20:00
Gəncədə qaz balonu partladı, yaralılar var

SAVASHMEDİA.az-ın məlumatına görə, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.