Xarkov “İsgəndər” raketi ilə vuruldu - FOTOLAR
Bu gün səhər Rusiya ordusu Ukraynanın Xarkov şəhərini 3 yüksək partlayıcı “İskəndər” raketi ilə vurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-I Xarkov vilayət prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, şəhərə mümkün qədər çox ziyan vurmaq üçün ən azı bir raket havada partladılıb. “Artıq müəyyən edilib ki, raket mümkün qədər çox mülki hədəfə zərər vurmaq məqsədi ilə havada partladılıb”, - deyə prokurorluğun nümayəndəsi bildirib.
İstintaqın məlumatına görə, rus işğalçıları səhər saat 5:10 radələrində Xarkovun Osnovyanski rayonuna hücum ediblər. “Zərbələr yaşayış məhəlləsində çoxmənzilli binalar arasında qeydə alınıb. Digər raket mülki müəssisəyə dəydiyindən yanğına səbəb olub”, - prokurorluqdan bildiriblər.
Raket zərbələri zamanı mənzilində olan 79 yaşlı kişi həlak olub. Yerli vaxtla saat 11-ə olan məlumata görə, yaralananların sayı 82 nəfərə qədər artıb. Onların arasında 3,4, 14 və 16 yaşlı 4 qız, 17 yaşlı oğlan var.
Prokurorluq insan ölümü ilə nəticələnən hərbi cinayətin törədilməsi (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı ibtidai istintaqa başlayıb.
Xatirə SADİQ