“Ukrayna ilə bağlı səylərdən əl çəkə bilərik, əgər…” - Marko Rubio

“ABŞ görsə ki, bu, əlçatmaz məqsəddir, Ukraynada sülhə nail olmaq səylərindən imtina edə bilər”.

Apr 18, 2025 - 13:02
“Ukrayna ilə bağlı səylərdən əl çəkə bilərik, əgər…” - Marko Rubio

SAVASHMEDİA.az BFMTV-yə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Parisin Le Burje hava limanında təyyarəsindən enərkən bir qrup jurnalistə deyib.

“Yaxın günlərdə müəyyən etməliyik ki, (sülh) mümkündür ya yox. Əgər bu, mümkün deyilsə, biz yolumuza davam etməliyik, çünki ABŞ-nin başqa prioritetləri var”, - deyə dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Rubio amerikalılar, avropalılar və ukraynalılar arasında Ukrayna ilə bağlı ilk müzakirələr üçün aprelin 17-də Trampın xüsusi elçiləri Stiv Uitkoff və Kit Kelloqla birlikdə Parisə səfər edib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə keçirilən görüşləri  ölkəsi üçün diplomatik uğur adlandırıb. 

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq isə Parisdə “çox məhsuldar” görüşlər barədə məlumat verib və Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rustem Umerovla birgə fotosunu paylaşıb.

Xatirə SADİQ